Ağcabədidə küçəyə atılan körpənin anası TAPILDI  

saytların hazırlanması

Evə çatdırılma

Ağcabədidə küçəyə atılan körpənin anası TAPILDI  

Sosial

29 İyul 2021 15:19 1182


22 iyul 2021-ci il tarixində Ağcabədi rayonu, Hindarx qəsəbəsinin ərazisində yerləşən “ŞəhidlərXiyabanı”nın qarşısında sellofan torbada yeni doğulmuş körpə sağ vəziyyətdə tapılıb və onun səhhətinin normal olması müəyyənləşib. 

Bu barədə Baş Prokurorluqdan Yenisabah.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Ağcabədi rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşlarının əlaqəli fəaliyyəti nəticəsində körpənin anası - Bərdə rayon sakini müəyyən edilib. Sonuncu ilə profilaktik söhbətlər aparılıb, ana yeni doğulmuş uşağı ilə birlikdə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Pepperoni pizza

Eyni zamanda, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ana və övladı nəzarətdə saxlanılaraq, sosial təhlükə vəziyyətinin aydınlaşdırılması, valideynlik hüquqlarının məhdudlaşdırılması üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədi ilə ananın yaşadığı yer üzrə Bərdə rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edilib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!