Ağdama dolu düşüdü - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Ağdama dolu düşüdü - FAKTİKİ HAVA

Sosial

24 Sentyabr 2024 15:19 351


Sentyabrın 24-ü saat 15:00-a olan məlumata əsasən Ağstafa, Gəncə, Şəmkir, Daşkəsən, Gədəbəy, Tovuz, Şəki, Zaqatala, Balakən, Qax, Goranboy, Naftalan, Göygöl, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Ağdam, Şahdağ, İsmayıllı, Qəbələ, Göyçay, Qrız, Xınalıq, Beyləqanda şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ağdam rayonu Quzanlı kəndinə saat 13:08-13:10 radələrində diametri 8 mm olan dolu düşüb. Pepperoni pizza

Qərb küləyi Zaqatalada (Əlibəy) 28 m/s, Daşkəsəndə 20 m/s, Naftalanda 18 m/s, Gədəbəydə 16 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 25, Aran rayonlarında 29, dağlıq rayonlarda 19 dərəcəyədək isti qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!