Ağdamda 14 subartezian quyusu qazılıb

saytların hazırlanması

Evə çatdırılma

Ağdamda 14 subartezian quyusu qazılıb

Sosial

06 Fevral 2019 21:28 812


Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən  35 ədəd subartezian quyusunun yerləri dəqiqləşdirilərək layihə-smeta sənədləri hazırlanıb və podrat təşkilatlarla müqavilələr imzalanıb. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin təmsilçisi Dilqəm Şərifov deyib.

Onun sözlərinə görə, artıq 14 quyuda qazma işləri tamamlanıb, qalan 21 quyuda isə qazma işləri davam etdirilir. pizza mizza

Yaxın vaxtlarda həmin subartezian quyularında işlər tam yekunlaşdırılaraq istismara veriləcək.  

Qeyd edək ki, “Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamla Ağdam  rayonunun əhalisi 26265 nəfər olan 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 subartezian quyusunun layihələndirilməsinin və qazılmasının təmin olunması tapşırılıb.

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!