Agentlik gündəm olan inəklə bağlı araşdırmalara başladı   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Agentlik gündəm olan inəklə bağlı araşdırmalara başladı - VİDEO

Sosial

25 Dekabr 2023 10:53 2684


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “özünüməşğulluq proqramı”nın icrası çərçivəsində əhaliyə verilən mal-qaranın yararsız olması ilə bağlı dəfələrlə mediada və sosial şəbəkələrdə faktlar paylaşılıb. 

Belə hallardan biri də ötən gün Balakən rayonunda yaşanıb. Belə ki, kənd sakini Dövlət Məşğulluq Agentliyinin ona verdiyi heyvanlar barədə müsahibə verərkən inəklərdən biri qəfildən yıxılıb. 

Görüntülər qısa zaman ərzində sosial mediada yayılaraq müzakirələ səbəb olub. Sosial şəbəkə istifadəçiləri heyvanın öldüyünü iddia edərək, bu tip hadisələrin ilk dəfə baş vermədiyini qeyd ediblər.  pizza sifarişi

Məsələ ilə bağlı  Dövlət Məşğulluq Agentliyinin Strateji əlaqələr departamentinin direktoru Mayis Musayevlə əlaqə saxladıq. 

Qurumun əməkdaşı Yenisabah.az-a açıqlamasında hadisədən xəbərdar olduqlarını bildirib. Onun sözlərinə görə, Dövlət Məşğulluq Agentliyi artıq məsələ ilə bağlı araşdırmalara başlayıb və araşdırmanın nəticəsi barədə cəmiyyətə qısa zaman ərzində məlumat veriləcək. 

Sözügedən kadrları təqdim edirik:

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!