Ağsuda cırılmış bayraq yenisi ilə əvəzləndi - Foto
12 İyl 2020 13:41
358

Ağsuda cırılmış bayraq yenisi ilə əvəzləndi - Foto

Sosial şəbəkələrdə fotoqraf Orxan Əzim Ağsu rayon İcra Hakimiyyətinin Bico kəndi üzrə ərazi nümayəndəliyinin qarşısında guya parçalara ayrılmış Azərbaycan bayrağının asıldığı barədə foto-məlumat paylaşıb. 

Yenisabah.az xəbər verir ki, məsələyə münasibət bildirən Ağsu rayon İcra Hakimiyyətinin Bico kəndi üzrə ərazi nümayəndəsi Bəhlul Mahmudov yayılan məlumatı təkzib edib.

 İcra nümayəndəsi bildirib ki, yayılan məlumatlar tam qərəzli və yalandır:

“Fotodakı bayraq şəklinin Bico kənd ərazi nümayəndəliyinə heç bir aidiyyəti yoxdur və həmin şəkildəki parçalanmış bayraq başqa ərazidə çəkilib. İyunun 21-də Bico kəndi ərazisində güclü külək olub və həmin vaxt həmçinin kənd ərazisində bir neçə fərdi yaşayış evinin həyətyanı sahəsində yanğın başlayıb. Mən də nümayəndəlikdən çıxıb yanğın olan əraziyə yollanmışam. Axşam saatlarında yanğının qarşısı alınıb və mən nümayəndəliyə qayıdanda görmüşəm ki, inzibati binanın qarşısındakı bayraq küləyin gücündən süzülüb. Dərhal bayraq çıxarılıb və yenisi ilə əvəzlənib. 

Kənd ərazisində yaşayan bəzi şəxslər qərəz nümayiş etdirərək hardansa köhnə və cırılmış bayraq fotosu taparaq fotoqraf Orxan Əzimlə birlikdə həmin şəkli sosial şəbəkələrdə paylaşıb. Hazırda inzibati binanın qarşısındakı bayraq təzədir, istənilən şəxs bunun şahidi ola bilər. Bir daha qeyd edim ki, sosial şəbəkədə paylaşılan şəkil Bico kənd Ərazi Nümayəndəliyinin qarşısından çəkilməyib".

 

Ağsuda cırılmış bayraq yenisi ilə əvəzləndi - Foto
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər