“Aİ Cənubi Qafqazda sülh və təhlükəsizliyin gücləndirilməsində maraqlıdır” - Toivo Klaar
28 Noy 2020 16:06
407

“Aİ Cənubi Qafqazda sülh və təhlükəsizliyin gücləndirilməsində maraqlıdır” - Toivo Klaar

Avropa İttifaqı (Aİ) bütün Cənubi Qafqaz bölgəsinin təhlükəsizliyinin təmin edilməsinə qətiyyətlə sadiqdir.

Yenisabah.az xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi mümayəndəsi Toivo Klaar Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili ilə görüşdən sonra bildirib.

O qeyd edib ki, tərəflər görüş zamanı regional təhlükəsizlik məsələlərini müzakirə ediblər:

“Biz bütün regionda sülhün və təhlükəsizliyin inkişaf etdirilməsində maraqlıyıq və bunun iştirakçısıyıq. Mən ümid edirəm ki, Avropa İttifaqının bütün Cənubi Qafqaz regionunun təhlükəsizliyinin gücləndirilməsinə qətiyyətlə sadiq olduğunu nümayiş etdirə bilmişəm”.  /APA

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər