Noyabrın 23-də Strasburqda Avropa İttifaqı Parlamenti səs çoxluğu ilə Rusiyanın terrorizmin sponsoru kimi tanınması barədə qətnamənin qəbuluna səs verib.
Yenisabah.az DW-yə istinadla xəbər verir ki, Avropa Parlamentinin deputatları Vladimir Putin və Rusiya hökumətinin beynəlxalq tribunal qarşısında cavab verməsi üçün zəmin yaratmaq niyyətindədirlər.
Avropa İttifaqında üçüncü ölkənin terrorizmə sponsorluq edən dövlət kimi tanınması üçün heç bir hüquqi əsas yoxdur. Bunu Avropa Parlamentinin 2022-ci il oktyabrın 18-də keçirilən plenar iclasında Avropanın daxili işlər üzrə komissarı Ylva Yohansson deyib. Bununla əlaqədar olaraq, Avropa Parlamenti öz qətnaməsində Aİ və onun üzvü olan ölkələri terrorizmin himayədarları və terrorizmə əl atan dövlətlərin müəyyən edilməsi üçün hüquqi baza hazırlamağa çağırır. Dördpendirli pizza
Belə bir tərif Aİ ilə münasibətlərdə ciddi sanksiyalar və məhdudiyyətlər olan konkret ölkə üçün çətin olacaq. Bundan sonra Aİ Şurası Rusiya Federasiyasının Aİ-nin terrorizmin sponsorları siyahısına daxil edilməsi məsələsinə baxmalıdır.
Telegram kanalımız