Aİ sanksiyaları Litva yükdaşıyıcılarını iflasa uğradıb

saytların hazırlanması

Evə çatdırılma

Aİ sanksiyaları Litva yükdaşıyıcılarını iflasa uğradıb

Dünya

13 İyul 2022 17:44 779


"Aİ-nin Rusiyaya qarşı sanksiyaları ilə əlaqədar Kalininqrad vilayəti ilə yük tranzitini itirdiyinə görə Litvada 200-dən çox nəqliyyat şirkətini iflas təhlükəsi gözləyir".

Yenisabah.az xəbər verir ki, bu barədə iyulun 13-də Litva yükdaşıyıcılarının “Linava” assosiasiyasının saytında yerləşdirilən məlumatda deyilir :

“Mütəxəssislərin proqnozlarına görə, bu ilin sonuna kimi şərqdən başqa istiqamətlərə yönləndirə bilməyən və ya bunun üçün kifayət qədər maliyyə imkanları olmayan kiçik və orta nəqliyyat şirkətlərinin 5-7 faizi müflis olmaq həddindədir. Real olaraq qeyd olunan faizlər o deməkdir ki, 208-dən 292-yə qədər nəqliyyat şirkəti fəaliyyətini dayandıraraq bazarı tərk edə bilər”. pizza

Xatırladaq ki, iyunun 18-də Litva Kalininqrad vilayətinin hakimiyyət orqanlarını tranzit yüklərin buraxılmasını dayandıracağı barədə xəbərdar edib. Qadağa həm dəmir yolu, həm də avtomobil nəqliyyatına aiddir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!