“Ukrayna böhranı ilə bağlı danışıqlara dəstək cəhdləri daim uğursuzluğa düçar olur, elə təəssürat yaranır ki, sanki “görünməz əl” münaqişənin uzanmasına və alovlanmasına kömək edir”.
Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Qin Qan mətbuat konfransı zamanı bildirib.
O deyib: “Bir neçə gün əvvəl bütün ölkələrin suverenliyinə hörmət, soyuq müharibə təfəkküründən imtina, atəşkəs və müharibəyə son qoyulması, həmçinin, sülh danışıqlarına başlamaqla bağlı12 təklif irəli sürdük. Ukrayna böhranının siyasi həlli ilə əlaqədar Çinin mövqeyinə dair sənədi də dərc etdik. Təkliflərin mahiyyəti barışığı dəstəkləmək və sülh danışıqlarını təşviq etməkdir”. Toyuqlu pizza
O qeyd edib ki, sanki hansısa “görünməz əl” Ukrayna böhranından öz geosiyasi ideyalarını reallaşdırmaq üçün istifadə edir.
Eyni zamanda, XİN rəhbəri Aİ-nin Ukrayna böhranından dərs alacağına ümid etdiyini bildirib.
Telegram kanalımız