Akar Şoyqu ilə taxıl sazişini yenidən müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Akar Şoyqu ilə taxıl sazişini yenidən müzakirə etdi

Dünya

01 Noyabr 2022 19:57 789


Rusiyanın müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akar ilə son iki gün ərzində ikinci dəfə taxıl sazişini müzakirə edib.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub. Marqarita pizza

Qeyd edək ki, tərəflər arasındakı son danışıqlar dünən olub. 

Söhbət zamanı Qara dəniz təşəbbüsü çərçivəsində Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlərin icrasının Rusiya tərəfindən dayandırması müzakirə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!