Akar: “Yunanıstan təxribatçı hərəkətlərini davam etdirməkdə israrlıdır“

saytların hazırlanması

Evə çatdırılma

Akar: “Yunanıstan təxribatçı hərəkətlərini davam etdirməkdə israrlıdır“

Dünya

01 Yanvar 2023 16:18 621


"Biz sülh əlini uzadarkən, Yunanıstan təxribatçı hərəkətlərini və gərginliyi artıran bəyanatlarını davam etdirməkdə israrlıdır". 

"Report" "TRT Haber" telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

"Bunlar sadəcə olaraq beynəlxalq aləmdə insanları çaşdırmaq üçün irəli sürülən şeylərdir. Türkiyə dövlətinin siyasəti çox aydındır. 40 min kvadrat kilometrlik dəniz yurisdiksiyası istəyirlər, beynəlxalq müqavilələri pozaraq adaları silahlandırırlar. Biz bu günə qədər heç bir təxrbata icazə verməmişik, etməyəcəyik də”, - Akar bildirib. Dördpendirli pizza

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Ankaranın Yunanıstanın Egey dənizindəki ərazi sularının genişləndirilməsinə icazə verməyəcəyini bildirmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!