Şəxsi həyatı və iddialı tərzi ilə tez-tez gündəm olan aktrisa Meqan Foks bir neçə aydır saçlarını əvvəl çəhrayı, sonra isə mavi rəngə boyayıb.
Yenisabah.az xəbər verir ki, son illər 180 dərəcə dəyişən sənətçi artıq təbii halına qayıtmaq niyətindədir.
Saçlarını yenidən tünd qəhvəyi rəngə boyayan M.Foks yeni imici ilə diqqəti özünə çəkməyi bacarıb. İnstaqram hesabından bütün paylaşımlarını silən ulduz uzun müddət sonra kameralara tuş gəlib. Marqarita pizza
Alış-veriş edərkən o, paparazzilərə tuş gəlib. Meqan Foksun çənə, dodaq və sinə dolğularının bir qismini əritdiyi görülüb. Onun təbii halına qayıtması pərəstişkarlarını sevindirib. Onlar aktrisaya “Bu imici çox yaxşıdır”, “Əfsanə geri döndü”, “Axır ki, Meqanı yenidən təbii görəcəyik” kimi çoxsaylı şərhlər yazıblar.
Şeyla Səmiyeva
Telegram kanalımız