“Düşmənin quduz inadına diqqət yetirin: Onlar 2014-cü ildə Donetski atəşə tutmağa başlayıblar və bir gün belə dayanmırlar. Onlar köhnə rus bölgələrinə - Belqorod, Kursk, Bryansk ərazilərinə hücum etdilər və davam edirlər”.
Yenisabah.az xəbər verir ki, bu sözləri rus filosof, rus şovinizminin qurucularından biri sayılan Aleksandr Duqin deyib.
O, Rusiyanın Ukraynada həyata keçirdiyi “xüsusi hərbi əməliyyat”, il yarım davam edən müharibə və Krım körpüsünə edilən hücumdan söz açıb. Toyuqlu pizza
“Onlar rusları terror hücumları ilə öldürməyə başladılar və bunu təkrar-təkrar edirlər. Onlar nüvə obyektlərinə hücum etdilər və bunu təkrar-təkrar edirlər. Bu da Krım körpüsünə hücum, nə qədər ki, Ukrayna çılğın əhalisi və manyak rejimi ilə mövcuddur, onun davranışında nəyinsə dəyişəcəyini düşünmək sadəcə olaraq axmaqlıq və məsuliyyətsizlikdir”.
“Fikrimcə, Rusiyada dinc həyatın simulyasiyasını məhdudlaşdırmaq, seçkiləri təxirə salmaq (biz artıq Putini seçmişik, amma bizdə şübhəsiz ki, başqa heç kim yoxdur) və tam səfərbərliyə keçmək lazımdır. Kadr dəyişiklikləri qaçılmazdır, onları gecikdirmək intihar deməkdir. Biz tamamilə çılğın, son dərəcə aqressiv, azğınlaşmış bir düşmənlə qarşılaşmışıq. Və onun arxasında Qərb dayanır. Quduzluğun müalicəsi yoxdur”.
Telegram kanalımız