“Ali Baş Komandanın iradəsi xalqımıza  ələbənin sevincini yaşatdı”

saytların hazırlanması

Evə çatdırılma

“Ali Baş Komandanın iradəsi xalqımıza  ələbənin sevincini yaşatdı”

Siyasət

06 Noyabr 2022 17:14 768


2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu növbəti erməni təxribatına cavab olaraq əks-hücum əməliyyatlarına başladı və bununla da özünün tarixi Zəfər yoluna çıxdı. Ermənilərin 5 ilə işğal etdikləri və 30 il ərzində hərbi-mühəndis istehkamları ilə möhkəmləndirdikləri müdafiə xətlərini Azərbaycan Ordusu cəmi 44 günə dəf etdi. Qısa müddət ərzində əldə olunmuş tarixi Qələbə Azərbaycan Prezidentinin güclü iradəsini, xalqımızın əzmini və dövlətimizin, Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi.

“Yeni Sabah” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov deyib.

İlqar İlyasov bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazandı. Azərbaycan Ordusu hər gün irəli gedirdi, yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala, haqsızlığa son qoyulsun, tarixi ədalət zəfər çalsın. İki il əvvəl noyabrın 8-də tarixi şəhərimiz, mədəniyyətimizin beşiyi olan Şuşanın işğaldan azad olunması düşməni diz çökdürdü və noyabrın 9-dan 10-a keçən gecə Ermənistan kapitulyasiya aktını imzaladı. Qazanılan böyük Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycanın Vətən müharibəsində yeni müharibə nümunəsi dünyada böyük əks-səda doğurdu. İkinci Qarabağ müharibəsi birmənalı şəkildə Azərbaycanın gücünü göstərdi. Azərbaycan XXI əsrin müharibəsini apardı. İkinci Qarabağ savaşında Azərbaycanın Qələbəsini zəruri edən bir sıra amillər var idi. Belə ki, ölkəmizin dinamik inkişafı, iqtisadi müstəqilliyimizin təmin olunması, güclü ordu quruculuğu, beynəlxalq münasibətlərdə Azərbaycanın milli maraqlarının müdafiəsi və təmin edilməsi bu baxımdan xüsusi vurğulanmalıdır. Həmçinin Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsində hüquqi baza rolunu oynadı. Xalqımızın Prezidentin siyasətini birmənalı olaraq dəstəkləməsi, ölkəmizdə milli birliyin mövcudluğu Qələbəmizi şərtləndirən ən mühüm amillər sırasındadır. Toyuqlu pizza

Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyə Prezidentinin ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verməsi, onun açıq, birmənalı və qətiyyətli açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının iradəsini, gücünü, birliyini nümayiş etdirdi. Bu həmrəylikdə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar, vətəndaş cəmiyyəti təsisatları da mühüm rol oynadılar. 44 gün ərzində Azərbaycan bir addım da geri atmadı, Ermənistan bir dəfə də olsun uğurlu əməliyyat keçirə bilmədi. Azərbaycan hərbçiləri mənəvi ruh, qəhrəmanlıq, şücaət nümayiş etdirdilər.

“Bütövlükdə isə Qarabağ müharibəsi Azərbaycan xalqının şanlı tarixidir. Azərbaycan dünyada özünü bir daha təsdiq etdi, Ermənistan isə diz çökmüş, məğlub ölkə kimi dünyada tanındı. İşğal altında olmuş ərazilərdə hazırkı vəziyyət isə erməni vəhşiliyinin əyani təzahürüdür. Tarixi Zəfərimiz nəticəsində regionda yeni reallıqlar yaranıb. Regionun inkişafı üçün əlavə stimul olacaq yeni əməkdaşlıq formatları eyni zamanda ölkələrin inkişafında müsbət tendensiyaları yaradacaq. Bu amil tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca önəmlidir. Beləliklə, Azərbaycanın tarixində yeni səhifə başlanıb. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə quruculuq missiyası həyata keçirir. İşğaldan azad edilmiş torpaqlara həyat qayıdır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq azad olunmuş ərazilərə səfər edərək quruculuq-bərpa işləri ilə tanış olurlar. Görülən işlər dövlət rəhbərliyinin birbaşa nəzarətindədir. Azərbaycan xalqı olaraq torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəmanlarımızın xatirəsini böyük ehtiramla anırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Dövlətimiz şəhid ailələrinə və qazilərə yüksək diqqət və qayğı göstərir. Bu siyasət bundan sonra da davam edəcək”, - deyə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!