“Allahın hər günü suverenliyimizi itiririk” – Erməni ekspert

saytların hazırlanması

Evə çatdırılma

“Allahın hər günü suverenliyimizi itiririk” – Erməni ekspert

Siyasət

11 Oktyabr 2021 11:47 1036


Ermənistanda yerləşən “Ani" Araşdırmalar Mərkəzinin koordinatoru Tatul Akopyan dəhliz məsələsinin Ermənistan Baş nazirinin oktyabrın 12-də Moskvada keçiriləcək iclasının gündəliyində olacağını istisna etmir.

Yenisabah.az bildirir ki, Azadlıq Radiosunun “erməni xidmətinə” danışan siyasi analitik söyləyib ki, Rusiyanın Ermənistandan keçən dəhliz yaratmaqda marağı var və sabah keçiriləcək Putin-Paşinyan görüşündə bu haqda danışıqlar istisna edilmir:

“Rusiya həmin dəhlizin təhlükəsizliyini öz üzərinə götürməyi, yəni Azərbaycandan Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana gedən yollar boyunca öz təhlükəsizlik qüvvələrini yerləşdirməyi planlaşdırır. Düşünürəm ki, əgər həqiqətən də bir dəhliz olacaqsa və onun təhlükəsizliyi Rusiya sülhməramlıları tərəfindən qorunacaqsa, yalnız bu halda mümkündür”.

Akopyan bu haqda olan narahatlığını bir neçə ay əvvəl dilə gətirdiyini vurğulayaraq Rusiyanın İncəsu (Noyemberyan) sektorunda da dəhlizin olmasında maraqlı ola biləcəyini istisna etməyib.

"Məsələn, Əskipara bölgəsi. Bura Azərbaycanın məşhur anklavlarından birinin Gürcüstana aparan hissəsidir. Başqa sözlə, düşünürəm ki, Rusiyanın bir və ya iki, bəlkə də daha çox dəhliz istəyi var. Hazırda Kərki (Tiqranaşen) ilə bağlı heç bir problem yoxdur, əlbəttə ki, məmurlar bunu inkar edirlər.

Başqa sözlə desək, bu gün Rusiyanın Ermənistan ərazisində iki, üç, dörd dəhlizi öz nəzarətində saxlamaq imkanı var və bununla da təkcə Ermənistana qarşı təsir rıçaqlarından istədiyi qədər istifadə edə bilər. Allahın hər günü suverenliyimizi və təhlükəsizliyimizi itiririk, belə dəhlizlər vasitəsi ilə də itirməyə davam edəcəyik. Həqiqətən belə bir layihə varsa, Rusiyanın təsir rıçaqları burada yüksək olacaq. Bununla yanaşı, bir tərəfdən Azərbaycan, digər tərəfdən də Türkiyə bundan istifadə edəcək”.

Politoloq Stepan Qriqoryanın fikrincə isə, Rusiyanın əsas məqsədi Cənubi Qafqazı Avropadan kəsməkdir. “Bilirsiniz, Cənubi Qafqazın üç ölkəsi Avropa Şurasının üzvüdür, yəni Avropanın ayrılmaz hissəsidir. Rusiya və Türkiyə Cənubi Qafqaz məsələlərini birlikdə həll etmək planlarını gizlətmirlər. Rusiya bu kontekstdə hərəkət edəcək və Cənubi Qafqazı faktiki olaraq Avropadan ayırmağa çalışacaq. Ermənistanı həmin Türkiyə-Rusiya planları ilə razılaşacağına inandırmağa çalışacaq və sonra Rusiya qoşunlarının "Zəngəzur Dəhlizi"-nə nəzarət etməsi üçün razılaşma əldə olunacaq. Aydındır ki, bu, Ermənistanın maraqlarına uyğun deyil, demək olar ki, bu razılaşma müstəqil dövlətçilik institutundan imtina etməyimiz deməkdir.”

“Sabah Moskvada gözlənilən Paşinyan-Putin danışıqlarının təfərrüatları və gündəm məlum deyil. Bir neçə gün əvvəl Milli Məclisin vitse-spikeri Ruben Rubinyan "dördüncü Paşinyan-Putin görüşünün gündəliyinə" Ermənistan-Rusiya münasibətlərinin bütün spektrini daxil edəcəyini qeyd edərək, yalnız ümumi məlumat veridi” – deyə S. Qriqoryan fikirlərinə əlavə edib.

Rafi Müslümov 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!