Allahşükür Paşazadə necə professor olub? – Yarım əsrlik sirr açıldı

Allahşükür Paşazadə necə professor olub? – Yarım əsrlik sirr açıldı

Din Veb saytların hazırlanması

08 İyun 2023 16:28 10700


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor  Rafiq Əliyev Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin professor elmi dərəcəsini almasının tarixçəsindən danışıb.

Yenisabah.az xəbər verir ki, bu barədə o, tanınmış ilahiyyatçı Elşad Mirinin "YouTube" layihəsində qonaq olarkən danışıb. O, Hacı Allahşükür Paşazadənin bu adı almasında birbaşa rolu olduğunu etiraf edib:

"Şeyxülislam Sovet dövründə müdafiə etdi. O vaxt "kandidat" dissertasiyasının birinci səhifəsinə yazılırdı ki, "Marksizm, leninizm metodologiyasına əsasən yazılıb". 

Biz bu cümləni Şeyxin dissertasiyasında görə bilməzdik. Çünki Şeyx marksizm, leninizm metodologiyası üzərindən bunu yaza bilməzdi. Ona görə yazmaq üçün belə bir cümlə tapdıq: Elmi metodologiya ilə yazılıb.

Bu dissertasiya yazıldı, müdafiə olundu. O vaxt Fərəməz Maqsudov Akademiyanın prezidenti idi. Həmin vaxt  universitetdən çıxmışdım, məni Rəyasət heyətinin qərarı ilə Qafqazda İslam Tədqiqatları Mərkəzinin sədri seçmişdilər. O zaman biz Şeyxdən də xahiş etmişdik ki, kömək etsin, Qafqazla bağlı bu işləri həll edək. Həmin vaxt Şeyxin professor dərəcəsi alması üçün Ali Attestasiya Komitəsinə göndərilməli olan sənədinə qol çəkmirdilər.  

Mən Fərəməz Maqsudovun yanında olanda ona dedim ki, "Şeyxülislam da bu işdə iştirak edəcək, o, professor olsa, daha yaxşı olar, həm də 3-4 aydır ki, onun sənədinə qol çəkilmir. Bəlkə siz göstəriş verəsiniz ki, onun sənədinə qol çəksinlər?"

O, Şeyxin heç bir yerdə dərs demədən, elmi fəaliyyətlə məşğul olmadan professor adını almağının o dövrdə qeyri-adi olmadığını deyib:

 "Bu, bu gün qəribə gəlir, amma o dövrdə qəribə deyildi. Çünki o dövrdə şeyxülislamın hörməti çox idi, hakimiyyətdə də adamları çox idi, ona görə də onun açmadığı qapı yox idi. Həm dini, həm ticari məsələlərdə istənilən qapını açır və öz işlərini həll edirdi. Şeyx üçün mümkün olmayan bir şey yox idi".

Əsmətxanım Rzazadə  

Bundan sonra Fərəməz müəllim xahişimi yerə salmadı və dəstəyi götürüb Cəmil Quliyevə zəng etdi. Dedi ki, tapşır şeyxülislamın sənədinə qol çəksinlər, eybi yox, bir savadsız professorumuzun da sayı artsın.

Onun professor olmasında birbaşa rolum olub. Özü professor olmaq istəyirdi".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!