İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani Almaniyanın xarici işlər naziri Annalena Burboku İraqa səfəri zamanı anti-İran bəyanatlarına görə kəskin tənqid edib.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, o, nazirin Almaniyanın İran və İraqa qarşı keçmiş cinayətlərinə görə üzr istəməli olduğunu bildirib.
Kənaninin sözlərinə görə, Burbokun Bağdada səfəri zamanı İslam Respublikasına qarşı əsassız iddiaları “ölkəsinin 1980-ci illərdə İrana qarşı müharibədə İraqın keçmiş diktatoru Səddam Hüseynə dəstəyini ört-basdır etmək cəhdi idi”. pizza hut
XİN sözçüsü Almaniyanın İran-İraq müharibəsi zamanı Səddam Hüseyn rejiminə kimyəvi silah verdiyini iddia edərək, öldürücü silahların müharibə zamanı İraqın öz vətəndaşlarına, İran və İraq vətəndaşlarına və hərbi qüvvələrinə qarşı istifadə edildiyini qeyd edib:
“Hazırda Almaniyada əllərində İran və İraq vətəndaşlarının qanı olan xeyli sayda terrorçu və silahlı separatçı qruplar var. Region hökumətləri və xalqları bəzi Qərb hökumətlərinin, o cümlədən Almaniyanın müharibələri qızışdırmaq və şahin diktatorları dəstəkləmək fəaliyyətini heç vaxt unutmayacaqlar”.
Bundan əvvəl Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri İraqa gəlib və iraqlı həmkarı Fuad Hüseynlə birgə mətbuat konfransı zamanı o, Tehranın hərəkətlərinin “qəbuledilməz olduğunu” bəyan edib.
Onun sözlərinə görə, İranın İraq ərazisinə raket zərbələri bütün regionun sabitliyini təhlükə altına qoyur.
Almaniya Xarici İşlər Nazirliyinin rəhbərinin qeyd etdiyi kimi, “İran rejimi raket hücumları ilə təkcə öz xalqını ehtiyatsız və sərt şəkildə sıxışdırdığını deyil, həm də insan həyatını və bütün regionun sabitliyini təhlükə altına atdığını nümayiş etdirir... Bu, qəbuledilməzdir və bütün region üçün təhlükəlidir”.
Telegram kanalımız