Almaniya Rusiya diplomatlarının kütləvi şəkildə ölkədən çıxarılmasına qərar verib.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Rəsmi Moskva Almaniyanın diplomatlarla bağlı qərarını qəti şəkildə pislədiyini bildirib: pizza hut
“Rusiya-Almaniya münasibətlərinin bütün spektrini, xüsusən də diplomatik ölçüsünü nümayişkaranə şəkildə məhv etməyə davam edən Berlinin hərəkətlərini qətiyyətlə pisləyirik”.
Rusiya XİN eyni zamanda Almaniya mediasını dezinformasiya yaymaqda ittiham edib.
Telegram kanalımız