“Almaniya Ukraynaya silah tədarükü məsələsində təkbaşına hərəkət etməyəcək və Rusiya ilə NATO arasında birbaşa münaqişənin qarşısını almaq üçün mümkün olan hər şeyi edəcək”.
Yenisabah.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz sentyabrın 28-də “Neue Zürcher Zeitung” qəzetində dərc olunan müsahibəsində bildirib.
“Federal hökumətin qərarı qətidir: Tək başına hərək etməmək. Bundan sonra da belə olacaq”, - Şolz Kiyevə alman tanklarının tədarükü ilə bağlı sualı cavablandırarkən qeyd edib. Dominos pizza
Bununla belə, onun sözlərinə görə, Ukraynada vəziyyət çox dinamikdir və Almaniya daim vəziyyəti yenidən qiymətləndirir. Lakin ölkənin siyasi kursu, AFR hökumətinin başçısının qeyd etdiyi kimi, aydın olaraq qalır.
“Almaniya Ukraynanı öz imkanları daxilində dəstəkləyir və eyni zamanda NATO ilə Rusiya arasında birbaşa münaqişənin qarşısını almaq üçün mümkün olan hər şeyi edir”, - deyə Şolz yekunlaşdıraraq, bunun bütün qərarların əsasını təşkil etdiyini açıqlayıb.
"Və bu, həm də vətəndaşların böyük əksəriyyətinin iradəsinə uyğundur", - Almaniya kansleri yekunlaşdırıb.
Xatırladaq ki, son həftələrdə AFR Ukrayna və bir sıra NATO ölkələrinin nümayəndələri tərəfindən Kiyevə hücum əməliyyatları üçün lazım olan tank və piyada döyüş maşınlarını göndərmədiyinə görə ciddi tənqid edilib.
Telegram kanalımız