Almaniya Ukraynaya yardımları dayandıracaq

saytların hazırlanması

Evə çatdırılma

Almaniya Ukraynaya yardımları dayandıracaq

Dünya

14 Sentyabr 2026 09:01 106


Almaniya üçün Alternativ (AfD) Partiyasının həmsədri Alis Vaydel ölkəsinin Ukrayna siyasəti ilə bağlı kəskin və qalmaqallı bəyanatla çıxış edib.

“Yeni Sabah” xəbər verir ki, partiya lideri hakimiyyətə gələcəkləri təqdirdə Berlinin Kiyevə göstərdiyi hərbi və maliyyə dəstəyini dərhal dayandıracağını bəyan edib.

Vaydel vurğulayıb ki, hazırkı hökumətin Ukraynaya ayırdığı nəhəng vəsaitlər Almaniyanın milli maraqlarına və daxili iqtisadiyyatına ciddi zərbə vurur: Pepperoni pizza

"Almaniya bizim dövrümüzdə Ukraynaya hərbi yardımı dayandıracaq. Buna qədər edilən yardımı araşdıracaq və bir çox borcu geri tələb edəcək", — deyə AfD lideri bildirib.

Partiya rəhbəri əlavə edib ki, indiyədək Ukraynaya verilən bütün hərbi və maddi yardımların təyinatı üzrə xərclənməsi, xüsusilə korrupsiya riskləri hərtərəfli təftiş olunmalıdır. Vaydelin sözlərinə görə, alman vergiödəyicilərinin pulu hesabına ödənilən dəstəyin bir çox hissəsi qrant kimi deyil, qaytarılmalı olan borc öhdəliyi kimi qiymətləndirilməli və həmin vəsaitlərin geri tələb olunması üçün hüquqi addımlar atılmalıdır.

Siyasi ekspertlər bu bəyanatı AfD-nin seçkiqabağı strategiyasının tərkib hissəsi və Almaniyada Ukraynaya kömək mövzusunda artan daxili narazılıqlardan istifadə etmək cəhdi kimi dəyərləndirirlər.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!