Almaniyadan Ukraynaya bir milyardlıq yeni hərbi yardım

saytların hazırlanması

Evə çatdırılma

Almaniyadan Ukraynaya bir milyardlıq yeni hərbi yardım

Dünya

04 Oktyabr 2026 19:45 71


"Almaniya Ukraynaya uzunmənzilli silahlar və zərbə dronlarının daxil olduğu yeni hərbi yardım paketi təqdim edəcək, həmçinin enerji sektoruna 350 milyon avro ayıracaq.

"Yeni Sabah" xəbər verir ki, Almaniya kansleri Fridrix Merts bunu Kiyevdə keçirilən və "Phoenix" telekanalı ilə yayımlanan mətbuat konfransında bildirib.

"Biz təxminən 1 milyard avro dəyərində növbəti hərbi yardım paketini işə salırıq. Reaktiv pilotsuz uçuş aparatlarına qarşı dronların birgə istehsalı üçün vəsait ayırırıq. Biz Ukraynaya Rusiya atıcı qurğuları ilə mübarizə apara bilməsi üçün uzaqmənzilli silahlar, zərbə dronları və peyk texnologiyaları təqdim edirik. Sezar pizza

Qışdan əvvəl enerji sektoruna 350 milyon avro məbləğində yardım göstəririk. Bu vəsait generatorların alınmasına, transformator yarımstansiyalarına və zəruri təmir işlərinə yönəldiləcək", - deyə Merts bildirib.

Qeyd edək ki, oktyabrın 4-də Merts və Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxe qəfildənamış səfərlə Kiyevə gəliblər. Almaniya hökumətindəki mənbələr DPA agentliyinə bildiriblər ki, Almaniya hökuməti Ukraynaya minlərlə dron verməyi və uzaqmənzilli silahların istehsalı ilə bağlı razılaşmanı yekunlaşdırmağı planlaşdırır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!