Niderlandın Limburg əyalətində yerləşən NATO qərargahında xidmət edən iki Almaniya hərbçisi naməlum şəxslərin hücumuna məruz qalıb.
"Yeni Sabah" xəbər verir ki, hücum edən şəxslər maskalı olub və “NATO əleyhinə şüarlar” səsləndiriblər.
Hadisə nəticəsində alman hərbçilər yüngül xəsarət alıblar. Marqarita pizza
Faktla bağlı araşdırmanı Niderlandın Kral Hərbi Polisi aparır.
Şübhəlilərin saxlanılıb-saxlanılmadığı barədə də məlumat verilməyib./APA
Telegram kanalımız