Amaliya Pənahovanın abidəsi ucaldıldı - Fotolar
07 Noy 2019 12:11
351

Amaliya Pənahovanın abidəsi ucaldıldı - Fotolar

Xalq artisti Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb.

"Yeni Sabah"ın xəbərinə görə, məzarüstü abidə "Qurd qapısı" qəbiristanlığında qoyulub. 

Qeyd edək ki, Amaliya Pənahova ötən ilin noyabrında 73 yaşında vəfat edib.

A. Pənahova 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar. 43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş verib və onlar hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ. Əfəndiyevin "Mənim günahım", M. Muradın "Təkan", M. Qurbanovun "Sənsiz", O. Altunbayın "Tomris", A. Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.

/APA

 

Oxşar xəbərlər