Amerikalı jurnalist casusluq ittihamı ilə həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Amerikalı jurnalist casusluq ittihamı ilə həbs olundu

Dünya

30 Mart 2023 12:04 746


ABŞ-ın "Wall Street Journal" nəşrinin jurnalisti Evan Gerşkoviç Rusiyanın Yekaterinburq şəhərində saxlanılıb.

Yenisabah.az xəbər verir ki, o, casusluqda şübhəli bilinir.

BU barədə FSB-nin (Federal Təhlükəsizlik Xidməti) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb. Marqarita pizza

FSB-nin məlumatına görə, E. Gerşkoviç “Amerika tərəfinin göstərişi əsasında hərəkət edərək, Rusiya hərbi sənaye kompleksinin müəssisələrindən birinin fəaliyyəti ilə bağlı dövlət sirri təşkil edən məlumatlar toplayıb”.

Rusiya FSB-nin İstintaq İdarəsi ABŞ vətəndaşına qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) ilə cinayət işi açılıb. Jurnalisti 20 ilə qədər həbs gözləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!