Amili yenə bizə dil uzatdı: “Azərbaycandan başqa dünyanın hər yerində...”

saytların hazırlanması

Evə çatdırılma

Amili yenə bizə dil uzatdı: “Azərbaycandan başqa dünyanın hər yerində...”

Dünya

03 Sentyabr 2022 11:49 15785


“Azərbaycanda bir neçə siyasətçini və qəzeti satın ala bilərsiniz, amma buna əmin olun ki, o diyarın Əli şiələrı alınıb-satıla bilən deyil. Azərbaycanın dəyərli xalqından soruşmaq istəyirəm ki, ölkənizdəki anti-İran kampaniyasının kimin əli ilə idarə olunduğu haqda düşünürsünüz?”

“Yeni Sabah” Konkret.az-a istinadən xəbər verir ki, bunu İranın dini rəhbərinin Ərdəbil əyalətindəki nümayəndəsi və imam cüməsi Seyid Həsən Amili cümə namazının xütbəsində deyib.

“Heç düşünmüsünüz ki, onların bu kampaniyanı aparmaqda məqsədi nədir və heç düşünmüsünüzmü, niyə dünyanın hər bir yerində, Azərbaycandan başqa, yaxşılığın cavabı yaxşılıqla verilir?”, – deyə Amili əlavə edib. pizza mizza

O, Laçının və Qarabağ ətrafındakı bəzi ərazilərin Azərbaycana qaytarılması münasibətilə Azərbaycan xalqını təbrik edərək deyib:

“Allahdan arzum budur ki, Azərbaycanın işğal olunmuş bütün əraziləri tez bir zamanda Azərbaycana qaytarılsın.”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!