“Anam qanını satıb bizə yemək alırdı“ - Əli Mirəliyev

saytların hazırlanması

Evə çatdırılma

“Anam qanını satıb bizə yemək alırdı“ - Əli Mirəliyev

Şou

13 Aprel 2022 16:02 485


Müğənni Əli Mirəliyev yaşadığı çətin günlərdən danışıb.

Yenisabah.az xəbər verir ki, “Söz-baz” verilişində qonaq olan Mirəliyev uşaqlığının ağır keçdiyini etiraf edib:

"Bir gün zavoddan çıxıb evə gəlirdim. Çörəkləri də enli şalvar geyinib cibə qoyurduq. Şəhərdən komissiya gəlmişdi, dedi ki, bu uşağı yoxlayın. Dedim, get, anama bax, qanını satıb, bizi saxlayır. Kişi söylədi ki, get, oğlum, hələ iki "onluq" da verdi. Dördpendirli pizza

Atam anamı işləməyə qoymurdu, o da qanını satıb bizə yemək alırdı. Mən bunu etməyə icazə vermirdim. Çünki başı gicəllənirdi, yıxılırdı. Soruşdum ki, Mənzurə xala, anam niyə yıxılır? Dedi ki, bəs qanını satıb, sizə yemək alır".

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!