Ankara: “Elə nəticə olmalıdır ki, bütün regionda daimi sülhü təmin etsin“

saytların hazırlanması

Evə çatdırılma

Ankara: “Elə nəticə olmalıdır ki, bütün regionda daimi sülhü təmin etsin“

Dünya

12 Avqust 2022 10:24 862


“Regiondakı hadisələrin müsbət və ya mənfi təsirləri strateji reallıqdır”.

Yenisabah.az “Anadolu”ya istinadla xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

Nazirliyin adını açıqlamayan səlahiyyətli diplomatı deyib ki, rəsmi Ankaranın hədəf və məqsədi ancaq Türkiyə-Ermənistan, yaxud Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması deyil: “Biz regional sabitliyin təmin olunmasını istəyirik. Elə nəticə əldə olunmalıdır ki, bütün regionda daimi sülhü təmin etsin”. pizza sifarişi

Diplomat, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyanın və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ermənistanlı vəzifədaşı Ararat Mirzoyanın telefon danışığının konstruktiv keçdiyini söyləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!