Helsinki və Şimali Atlantika Alyansı İsveçdən ayrıca müraciətlə bağlı qərar verərsə, Ankara Finlandiyanın NATO-ya üzvlüyünə "pozitiv baxa bilər".
Yenisabah.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bildirib.
O deyib: Finlandiya ilə bağlı prosesin əvvəlindən biz müsbət baxdığımızı söylədik. Hörmətli cənab Prezident bu yaxınlarda gənclərin nümayəndələri ilə görüşündə bunu bir daha vurğuladı. Amma NATO iki ölkənin (İsveç və Finlandiya) prosesinin paralel getməsini istəyir. Bu iki ölkə də bu mövqedən çıxış edir. Prezidentimizin dediyi kimi, fərdi təkliflərlə bağlı qərar verilərsə, Finlandiyanın təklifinə müsbət baxa bilərik”. Dominos pizza
Telegram kanalımız