"Kürdüstan Fəhlə Partiyası ABŞ-ın icazəsi olmadan Ankaranın mərkəzində terror aktına cəhd edə bilməzdi".
Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin solçu "Vətən" Partiyasının lideri Doğu Perinçək bildirib.
“ABŞ düyməni basmadan Kürdüstan Fəhlə Partiyası belə bir addım ata bilməz. Ölkə daxilində PKK-dan təmizlənmə gedir. Burada məcburiyyət var. Mən inanıram ki, bu məcburiyyət ABŞ-dan gəlir”, - deyə Perinçək bildirib.
Onun sözlərinə görə, ABŞ Türkiyənin kürd silahlılarına qarşı əməliyyat keçirdiyi Suriyanın şimalında bəzi hadisələrlə bağlı yenidən terrora təhrik edəcəyini açıq şəkildə bəyan edir.
Telegram kanalımız