Ankaradan tələb: FETÖ və PKK üzvlərini təhvil verin

saytların hazırlanması

Evə çatdırılma

Ankaradan tələb: FETÖ və PKK üzvlərini təhvil verin

Dünya

06 Oktyabr 2022 14:30 809


Ankarada Türkiyə və İsveçin ədliyyə nazirliklərinin nümayəndələri terror fəaliyyətində əli olduğunu hesab etdiyi şəxslərin ekstradisiyası ilə bağlı danışıqlar aparıb.

Yenisabah.az TRT-yə istinadla xəbər verir ki, Türkiyənin Ədliyyə Nazirliyi daha əvvəl siyahısı İsveçə göndərilmiş qadağan edilmiş Kürd Fəhlə Partiyası üzvlərinin ekstradisiyasını yenidən tələb edib.

Həmçinin, 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə ittiham etdiyi ABŞ-da yaşayan islam təbliğçisi Fətullah Gülənin başçılıq etdiyi FETÖ təşkilatının 7 nümayəndəsinin transferi tələb olunub. Dominos pizza

Türkiyə üçün terror fəaliyyətində iştirak edən şəxslərin İsveç tərəfindən ekstradisiyası onun NATO-ya üzv olmaq üçün müraciətinin təsdiqlənməsi üçün şərtlərdən biridir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bildirib ki, Stokholm terror təşkilatları ilə əlaqəsi olan 70-dən çox şəxsi Ankaraya təhvil verəcəyini vəd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!