Aparıcı Vüsalə Əlizadə qızı Diləklə bağlı paylaşım edib.
Yenisabah.az xəbər verir ki, o, 12 yaşı tamam olan övladına təbrik yazıb:
“10 fevral - həyatıma qızıl hərflərlə yazılan möcüzə. 10 fevral - dilimdən düşməyən dualarımın, tükənməyən arzularımın, heç vaxt bitməyən ümidlərimin hədiyyəsi. 10 fevral - bir qadının ala biləcəyi ən ali statusu aldığım gün. Möcüzə qızım həyatıma xoş gəldin, Dilək. Ana oldum, həyatımı dəyişdin. pizza mizza
Həyat eşqim, cismimdəki ruhum, dilimdəki duam, dünya içində dünyam, səni mənə verən Allahıma şükürlər olsun. Həyatımın ən böyük mükafatı, dəyəri biçilməz sərvəti,dərd ortağım,həm dostumsan,həm sirdaşım,mübarəkdir yeni yaşın. Sağlam və xoşbəxt böyü pamuk prensesim”.
Telegram kanalımız