İsrail müdafiə sistemlərinə məhdudiyyətsiz büdcə ayırır

saytların hazırlanması

Evə çatdırılma

İsrail müdafiə sistemlərinə məhdudiyyətsiz büdcə ayırır

Dünya

17 May 2026 19:34 56


İsrail FPV dronlarına qarşı müdafiə sistemlərinin işlənib hazırlanmasına heç bir maliyyə vəsaitini əsirgəməyəcək.

"Yeni Sabah" xəbər verir ki, bu vədi İsrailin Baş naziri Benyamin Netanyahu səsləndirib.

Nazirlər Kabinetinin iclasında çıxış edən hökumət rəhbəri qeyd edib ki, fiber-optik pilotsuz uçuş aparatları (PUA) xüsusi təhlükə növüdür. pizza hut

"Dövlətin qarşısında FPV dronlarının yaratdığı təhdidləri zərərsizləşdirmək kimi mühüm vəzifə durur və bu məqsədin həyata keçirilməsi üçün xərclərdən qənaət edilməyəcək. Müdafiə Nazirliyi ilə birlikdə mülki sektorun nümayəndələrinin də cəlb olunduğu xüsusi mütəxəssislər qrupu yaradılıb.

"Mən iki həftə ərzində üç görüş keçirmişəm. Lakin bir neçə gün öncəki görüşdə onlara bir az təəccüblü gələcək bir söz dedim: "Sizin heç bir büdcə məhdudiyyətiniz yoxdur". Bu, nəyin olursa olsun, buna dəyər", - deyə baş nazir bildirib.

Xatırladaq ki, mayın 12-də "Hizbullah" təşkilatına məxsus PUA İsrailin şimalında yerləşən "Dəmir Qübbə" sisteminin buraxılış qurğularına zərbə endirərək onları sıradan çıxarıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!