Araz Ağalarovun 6 milyardlıq iddiası rədd edildi

saytların hazırlanması

Evə çatdırılma

Araz Ağalarovun 6 milyardlıq iddiası rədd edildi

Dünya

10 Aprel 2023 14:08 710


Moskva Arbitraj Məhkəməsi "Crocus Group"un rəhbəri Araz Ağalarovun iddiasını rədd edib.

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, o, "Rossiya Magistral Yolları" ("Avtodor") dövlət şirkətindən 6 milyard rubldan çox pul tələb edirdi.

Azərbaycanlı iş adamının dövlət şirkəti ilə mübahisənin mahiyyəti hələlik ətraflı açıqlanmayıb. İddia ötənn ilin dekabrında məhkəməyə təqdim olunub. Dominos pizza

Hələ 2019-cu ildə ödənişli yolların layihələndirilməsi, tikintisi və idarə edilməsində ixtisaslaşan "Avtodor" "Crocus International"a qarşı təxminən 5,4 milyard rubl məbləğində böyük iddia qaldırıb. İddia Moskva vilayətində Mərkəzi Dairəvi Yolun (SKAD) ilk işəsalma kompleksinin tikintisinə dair müqavilə üzrə cərimənin bərpası ilə bağlı olub. Lakin iddia ərizəsi Moskva Arbitraj Məhkəməsinə daxil olduqdan bir həftə sonra iddiaçı onun qaytarılması vəsatəti qaldırıb və işə məhkəmədə baxılmayıb.

Bundan başqa, məlumdur ki, 2015-ci ilin avqustunda "Avtodor" Mərkəzi Dairəvi Yolun ilk buraxılış kompleksinin maliyyələşdirilməsi, tikintisi və istismarının yeni icraçısı - "Crocus International" ilə müqavilə imzalayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!