Arıqlama iynəsindən sonra faciə: 73 yaşlı qadın həyatını itirdi

saytların hazırlanması

Evə çatdırılma

Arıqlama iynəsindən sonra faciə: 73 yaşlı qadın həyatını itirdi

Dünya

05 Avqust 2026 18:40 105


İngiltərənin Norfolk bölgəsində yaşayan 73 yaşlı Caroline Savage arıqlama iynəsinin dozası artırıldıqdan qısa müddət sonra vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, qadın 2024-cü ilin iyulunda özəl klinikada arıqlama iynəsi istifadə etməyə başlayarkən 128 kiloqram çəkidə olub. Oktyabr ayında keçirilən nəzarət müayinəsində onun çəkisinin 114 kiloqrama düşdüyü və ümumi vəziyyətinin yaxşı olduğu müəyyən edilib. Həkimi Harvinder Chahal 7,5 mq-lıq dozaları tamamladıqdan sonra müalicəni 10 mq doza ilə davam etdirməyi tövsiyə edib.

Oktyabrın 18-də Caroline Savage-də güclü və davamlı qarın ağrısı yaranıb və o, xəstəxanaya aparılıb. Təcili yardım şöbəsində həkimlər qadının şikayətlərini arıqlama iynələrinin məlum yan təsirləri olan qarın ağrısı və köp ilə əlaqələndirərək onu evə buraxıblar. pizza sifarişi

Lakin qadının vəziyyəti evə qayıtdıqdan bir neçə saat sonra qəfil pisləşib və o, həyatını itirib.

Məhkəmə-tibbi ekspertizanın rəyinə görə, ölümə səbəb bağırsağın deşilməsi nəticəsində inkişaf edən fekal peritonit olub.

Hazırda Norfolk Məhkəmə-Tibbi Ekspertiza Xidmətində aparılan araşdırmada ölüm hadisəsinin arıqlama iynəsi ilə əlaqəsinin olub-olmadığı araşdırılır. Rəsmi qurumlar bildiriblər ki, bağırsaq deşilməsinin bu preparatın birbaşa təsdiqlənmiş yan təsiri olduğuna dair hazırda elmi sübut yoxdur.

Mərhumun ailəsi isə hesab edir ki, xəstəxana həkimləri qadının şikayətlərini vaxtından əvvəl arıqlama iynəsinin adi yan təsirləri kimi qiymətləndiriblər. Bu səbəbdən ciddi xəstəlik vaxtında aşkarlanmayıb.

Bildirilir ki, Caroline Savage arıqlamaqla yanaşı, lipödem xəstəliyinin əlamətlərini yüngülləşdirmək məqsədilə də bu preparatdan istifadə edirdi.

Hadisə ilə bağlı araşdırma davam edir.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!