Arıqlamaq istəyənlər üçün yeni texnologiya –   Bu cihaz 90 saniyəyə nəticə verir

saytların hazırlanması

Evə çatdırılma

Arıqlamaq istəyənlər üçün yeni texnologiya – Bu cihaz 90 saniyəyə nəticə verir

Sağlamlıq

29 İyul 2026 01:41 116


 

Arıqlama prosesində ən çox verilən suallardan biri “Bədənim hazırda yağ yandırırmı?” sualıdır. İsveçrəli alimlərin hazırladığı yeni cihaz bu suala qan analizi olmadan cavab verməyi vəd edir. Cəmi bir neçə dəqiqə ərzində nəticə göstərən texnologiya artıq mütəxəssislərin diqqətini çəkib.

“Yeni Sabah” xəbər verir ki, İsveçrədə hazırlanmış alkoqol test cihazına bənzər portativ qurğu insanın nəfəsini analiz edərək orqanizmin yağ yandırmağa başlayıb-başlamadığını müəyyən edə bilir. ETH Zurich universitetinin “Alivion AG” şirkəti tərəfindən hazırlanan və “Nutrion” adlandırılan cihaz ağıllı telefona qoşulur. Qurğu orqanizm yağ yandırmağa başladığı zaman nəfəsdə yaranan aseton molekulunu ölçür. pizza mizza

Bu texnologiya sayəsində istifadəçilər idman və ya pəhriz zamanı orqanizmin karbohidrat yandırmaqdan yağ yandırmağa nə vaxt keçdiyini öyrənə bilirlər. Aparılan sınaqlarda cihaz 12 könüllüdən götürülən yüzlərlə nəfəs nümunəsini uğurla analiz edib. Ölçmənin nəticəsi təxminən 90 saniyə ərzində mobil telefonda görünür.

Hazırda bu cihaz beynəlxalq elmi tədqiqatlarda və bəzi tibb mərkəzlərində istifadə olunur.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!