Armen Qriqoryan Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Armen Qriqoryan Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdü

Siyasət

14 Fevral 2026 16:35 554


Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Sülh körpüsü" təşəbbüsü çərçivəsində Ermənistana səfər edən Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasından bildirilib.

"Qriqoryan Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana səfərini alqışlayıb və vurğulayıb ki, bu formatda ikitərəfli əlaqələr qarşılıqlı etimadın möhkəmlənməsində və mehriban qonşuluq münasibətlərinin inkişafında mühüm rol oynayır", - məlumatda deyilib. Pepperoni pizza

Qeyd olunub ki, tərəflər sülh prosesini, regional kanalların blokadadan çıxarılması nəticəsində yaranacaq iqtisadi imkanları, həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin cari inkişaf dinamikasını müzakirə ediblər./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!