"Arsenal"ın futbolçusu Uilyam Saliba klubu ilə yeni müqavilə imzalayıb.
Yenisabah.az xəbər verir ki, müqavilənin müddəti göstərilmir.
24 yaşlı müdafiəçi 2019-cu ildə "Arsenal"a keçib və komandanın heyətində bütün yarışlarda 140 oyun keçirib. Onun 7 qol və 3 məhsuldar ötürməsi var. Dominos pizza
Fransa milli müdafiəçisi "Arsenal"la 2 dəfə İngiltərə Kubokunu udub.
"Transfermarkt" Salibanı 80 milyon avro dəyərində qiymətləndirir.
Telegram kanalımız