“Namaz qılan meyxanaçıların hamısı bu sənətə pis vərdişlə gəlib. Oğlum olsa, meyxanaçı olmasını istəməzdim. Meyxana avara sənətidir”.
Yenisabah.az Baku TV-də istinadla xəbər verir ki, bunu “Arzunun vaxtı” verilişində meyxanaçı Asif Mərdəkanlı deyib.
Bir müddətdir gündəmdə olmayan meyxanaçı bunun səbəbini açıqlayıb: “Məndə üzünə salmaq yoxdur. Ona görə kölgədə qalmışam. Üzlülüyü bacarmıram”. Sezar pizza
A. Mərdəkanlı gənc meyxanaçılara dəstək olduğunu, onların tanınmasına şərait yaratdığını dilə gətirərək, hazırda həmin gənc meyxanaçılar tərəfindən yada salınmamasından gileylənib.
Telegram kanalımız