Aşıq Tellinin adından dələduzluq: “Toy üçün beh alıblar”

saytların hazırlanması

Evə çatdırılma

Aşıq Tellinin adından dələduzluq: “Toy üçün beh alıblar”

Şou

10 Oktyabr 2024 12:38 710


Aşıq Telli Borçalıya qarşı dələduzluq edilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə o, Nanə Ağamalıyevanın “ATV”də yayımlanan verilişində deyib. 

“Nə “Instaqram”ım var, nə də “Facebook”um. Heç bir sosial şəbəkələrdə yoxam. Amma adımdan sosial şəbəkələrdə istifadə edilir. Yazırlar ki, “Tellinin şəxsi səhifəsi”. Sən kimsən axı? Hətta həmin şəxsə səs yazısı da göndərmişik. Cavab verməyib. pizza mizza

Deyirlər ki, Telli, sənə “Instaqram”da yazmışdıq. Deyirəm, nə “Instaqram”, nə “TikTok”? Bir nəfər hətta ağladı. Ona deyiblər ki, Tellinin prodüseriyəm, toy üçün beh alıblar. Adam da mənə deyir ki, səni ayın 9-u toya dəvət etmişik. Mən də deyirəm ki, həmin vaxt Goranboyda toydayam. Dedi ki, onunla danışan şəxsin nömrəsi də yoxdur, hamısını bağlayıb. Demişəm, bununla məşğul olacaqlar”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!