Atışmada xəsarət alanlardan biri evə buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

Atışmada xəsarət alanlardan biri evə buraxıldı

Sosial

06 Mart 2023 16:10 359


Bakının Xətai rayonunda baş verən atışmada xəsarət alan şəxslərdən biri evə buraxılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Məlumatda bildirilir ki, baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzində ağciyər və fəqərə zədələnməsi səbəbilə əməliyyat olunan 1 nəfər (cinsi kişi) iltizamnamə əsasında yaxınlarının istəyi ilə özəl tibb müəssisəsinə təxliyə olunub.

Sol çiyin oynağının çıxığı diaqnozu ilə müalicəsi aparılan digər bir nəfərin (cinsi kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün ambulator müalicə üçün evə buraxılıb. Toyuqlu pizza

Xatırladaq ki, martın 4-də Bakının Xətai rayonu ərazisindəki supermarketlərdən birində atışma olub. Binaya daxil olan iki nəfər orada "Unibank"ın inkassatorlarına atəş açıb. Hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, iki nəfər isə ağır yaralanıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törədən şəxslərdən biri polisə silahlı müqavimət göstərdiyi üçün məhv edilib, digər şəxs isə saxlanaraq istintaqa təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!