26 May - 00:13
Avrasiya Bankı Ermənistan qrant ayırdı

Avrasiya Bankı Ermənistan qrant ayırdı

Bölgə

27 Yan 2022 12:40


Avrasiya İnkişaf Bankının (AİB) Sabitləşdirmə və İnkişaf Fondundan Ermənistana 1 milyon 719 min dollar qrant veriləcək.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, hökumət müvafiq sazişin imzalanmasını təsdiqləyib.

Ermənistan Respublikasının ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan qeyd edib ki, proqramın məqsədi ictimai binalarda enerjiyə qənaət səviyyəsini artırmaqdır.

"Proqram 5-6 istiqamət üzrə işlərin aparılmasına yönəlib. Proqram 20-yə yaxın binada enerji səmərəliliyinin təxminən 50% artırılması ilə proqramların həyata keçirilməsini nəzərdə tutur ki, bu da enerjiyə 50% qənaətə gətirib çıxaracaq", - nazir bildirib. . O qeyd edib ki, proqramın bir mərhələsi artıq icra olunub, yaxşı nəticələr var.

Nazir bildirib ki, proqramın müddəti iki ildir, lakin bu müddət ərzində tamamlanmasa, müddəti uzatmaq imkanı var.


Youtube kanalımız


Digər xəbərlər