Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Avro-2020-də bu gün: “Ölüm qrupu“nda növbəti matç
19 İyn 2021 09:59
433

Avro-2020-də bu gün: “Ölüm qrupu“nda növbəti matç

Bu gün Avro-2020-nin qrup mərhələsində 2-ci turun daha 3 oyunu keçiriləcək.

Yenisabah.az xəbər verir ki, matçlardan ikisi F, biri isə E qrupunda oynanılacaq.

Əvvəlcə F qrupunda Macarıstan və Fransa yığmaları üz-üzə gələcək.  Bakı vaxtı ilə saat 17:00-da başlayacaq görüşdə Fransa qələbə qazanacağı təqdirdə 1/8 finala yüksələcək.

Qrupun digər oyunundason çempion Portuqaliya Almaniya ilə üz-üzə gələcək. Portuqaliya da rəqibini məğlub etsə, pley-offa vəsiqəni təmin edəcək.

Günün son matçında Polşa İspaniya ilə qarşılaşacaq.

19 iyun

F qrupu, II tur

17:00. Macarıstan - Fransa

Baş hakim: Maykl Oliver (İngiltərə)

Budapeşt. "Puşkaş Arena"

20:00. Portuqaliya - Almaniya

Baş hakim: Entoni Teylor (İngiltərə)

Münhen. "Münhen Arena"

E qrupu

23:00. İspaniya - Polşa

Baş hakim: Daniele Orsato (İtaliya)

Sevilya. "Estadio La Cartuja" stadionu 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər