Bu gün 2020-ci ildə keçiriləcək Avropa çempionatının püşkü atılıb.
"Yeni Sabah" xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan tədbirdə 24 komanda 4 səbətə bölünüb. Avropa çempionatına seçmə mərhələdən vəsiqə qazananlar ilk üç səbətdə, Millətlər Liqası vasitəsilə iştirak hüququ qazanacaq komandalar isə dördüncüdə yer alıb.
İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Dominos pizza
Püşk nəticəsində A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milliləri mübarizə aparacaq.
Çempionatın açılış matçı iyunun 12-də İtaliya və Türkiyə milliləri arasında olacaq.
Roma və Bakıda baş tutacaq A qrupunun digər görüşlərinin də təqvimi bəlli olub.
Türkiyə millisi digər iki matçını Bakıda keçirəcək. Bu matçlar iyunun 17-də və 21-də baş tutacaq. Türkiyənin İsveçrə ilə II turdakı qarşılaşması da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
A qrupu
Türkiyə, İtaliya (ev sahibi), Uels, İsveçrə
B qrupu
Danimarka (ev sahibi), Finlandiya, Belçika, Rusiya (ev sahibi)
C qrupu
Niderland, Ukrayna, Avstriya, D Liqasının qalibi
D qrupu
İngiltərə (ev sahibi), Xorvatiya, C Liqasının qalibi, Çexiya
E qrupu
İspaniya (ev sahibi), İsveç, Polşa, B Liqasının qalibi
F qrupu
A Liqasının qalibi, Portuqaliya, Fransa, Almaniya (ev sahibi)
Telegram kanalımız