Avrokubok təmsilçilərimiz yenidən koronavirus testindən keçəcəklər
07 İyl 2020 17:30
338

Avrokubok təmsilçilərimiz yenidən koronavirus testindən keçəcəklər

Məşq etmələrinə icazə verilən klublar yenidən koronavirus testindən keçəcəklər.

Yenisabah.az  xəbər verir ki, 2020/2021 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək "Qarabağ", "Neftçi", "Keşlə" və "Sumqayıt"ın futbolçularından, məşqçilərindən və əməkdaşlarından təkrar analiz götürüləcək.

Testlər əvvəlki kimi ödənişli olacaq.

Nazirlər Kabineti yanında Operativ Qərargah bu gün avrokuboklara qatılacaq komandaların sərt karantin rejiminin tətbiq olunmadığı bölgələrdə məşq etmələrinə icazə verib.

Yeni mövsümdən "Qarabağ" Çempionlar Liqasında, "Neftçi", "Keşlə" və "Sumqayıt" isə Avropa Liqasında iştirak edəcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər