16 Avqust - 11:51
Avrokuboklarda kimin nə qədər qazanacağı bilindi

Avrokuboklarda kimin nə qədər qazanacağı bilindi

İdman

05 İyul 2022 14:12 740


UEFA 2022/23 mövsümündə avrokuboklarda komandalara veriləcək pul mükafatlarının məbləğini açıqlayıb.

Yenisabah.az qol.az-a istinadla xəbər verir ki, iştirakçılar turnirlərdə qazandıqları uğurlara görə aşağıdakı mükafatları alacaqlar: 

Çempionlar Liqası

Çempionlar Lliqasında qrup mərhələsində iştirak edən hər bir klub 15,64 milyon avro qazanacaq. Komandalar bu mərhələdə hər qələbəyə görə 2,8 milyon avro, heç-heçəyə görə 930 min avro alacaqlar. 1/16 finala yüksələnlər 9,6 milyon avro, 1/4 finala çıxanlar 10,6 milyon avro, yarımfinalda iştirak edənlər 12,5 milyon avro, finalçılar isə 15,5 milyon avro əlafə mükafat əldə edəcəklər. Qrupa gedən yolda pley-off mərhələsində mübarizəni dayandıranlara təsəlli mükafatı olaraq 5 milyon avro veriləcək.

Əmsal mükafatında 1 hissə 1,37 milyon avroya bərabərdir

Qrup mərhələsində yarışacaq 32 komandanın son 10 ildəki çıxışı nəzərə alınaraq sıralanacaq. 1-ci pillədəki komanda bütün 32 hissənin sahibi olacaq - yəni, 43, 84 milyon avro. 

Reytinq və mükafat miqdarı tərsinə hesablama ilə davam edəcək. Cədvəldəki ən aşağı reytinqli komanda 1 pay - yəni, 1,37 milyon avro əldə edəcək. 

Reklam gəliri

UEFA komadnalara onların ölkələrinin reklam və televiziya yayımındakı payına görə də mükafat verəcək. Bu, həmin ölkələrin reklam və yayım üçün göstərdiyi fəaliyyətə əsasən dəyişir. 

Avropa Liqası

Avropa Liqasında qrup mərhələsində yarışanlar 3,63 milyon avro alacaqlar. Yarışda hər qələbənin dəyəri 630 min avrodur. 

Konfrans Liqası

Konfrans Liqasında qrup mərhələsinin iştirakçıları 2,94 milyon avro qazanacaqlar. Turnirdəki hər qələbənin dəyəri isə 500 min avrodur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!