Avropa avtomobil sənayesinin çöküşü ilə üz-üzədir

saytların hazırlanması

Evə çatdırılma

Avropa avtomobil sənayesinin çöküşü ilə üz-üzədir

Avto

08 Sentyabr 2026 18:39 69


Çin şirkətləri ilə rəqabət səbəbindən Avropa öz avtomobil sənayesini itirmək təhlükəsi ilə üz-üzədir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə beynəlxalq avtomobil ehtiyat hissələri istehsalçısı olan "Gestamp" şirkətinin qurucusu və sədri Fransisko Riberas "Financial Times" nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, elektromobillərin inkişaf etdirilməsi sahəsində Avropa istehsalçıları Çin rəqiblərindən geridə qalıb. Nəticədə, 2017-ci ildən etibarən Avropa qitəsində avtomobil istehsalı, o cümlədən ixrac edilən nəqliyyat vasitələri də daxil olmaqla, 20-25% azalma nümayiş etdirib. pizza hut

Nəşr qeyd edir ki, avtomobil sənayesi Avropanın ümumi daxili məhsulunun (ÜDM) təxminən 7%-ni təşkil edir və 14 milyona yaxın insanı iş yeri ilə təmin edir. Bundan əlavə, bu sahə metallurgiya, kimya, şüşə istehsalı və digər iqtisadi sektorların məhsullarına olan tələbatı formalaşdırır. Buna görə də, avtosənayedəki tənəzzül bütün sənaye sahələri üçün ciddi fəsadlar yarada bilər.

F.Riberas əlavə edib ki, Çin avtomobil istehsalçılarına Avropada öz fəaliyyətlərini genişləndirməyə icazə verilməlidir. Lakin bununla yanaşı, onlar yerli ehtiyat hissələrindən istifadəni da artırmalıdırlar./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!