Dünyanın ən bahalı 50 avtomobil şirkəti açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın ən bahalı 50 avtomobil şirkəti açıqlandı

Avto

29 Noyabr 2026 13:46 33


Elektrikli avtomobillərə tələbatın artması dünya avtomobil sənayesində qüvvələr nisbətini dəyişir. Dünyanın bazar dəyərinə görə ən bahalı 50 avtomobil istehsalçısı arasında 16 Çin şirkəti yer alıb. Türkiyənin “Ford Otosan” və “Tofaş” şirkətləri də siyahıya düşüb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “CompaniesMarketCap” saytının məlumatlarında əks olunub.

Məlumata görə, enerji qiymətlərinin artması, ekoloji problemlər və alternativ enerji mənbələrinə keçid avtomobil bazarında elektrik və hibrid modellərə marağı artırıb. Xüsusilə Yaxın Şərqdəki gərginlik və Hörmüz boğazında neft daşımalarına yaranan maneələr enerji xərclərinin yüksəlməsinə təsir göstərib. Bakıda online alış-veriş

London mərkəzli “Benchmark Mineral Intelligence” şirkətinin məlumatına əsasən, oktyabr ayında dünyada 2,09 milyon elektrikli avtomobil satılıb. Bu, sentyabr ayı ilə müqayisədə 3 faiz az olsa da, ötən ilin eyni dövrünə nisbətən 8 faiz çoxdur.

Noyabrın 27-nə olan göstəricilərə əsasən, dünyanın ən bahalı avtomobil şirkətlərinin ilk onluğu belədir:

Tesla (ABŞ) – 1,57 trilyon dollar

Toyota (Yaponiya) – 251,9 milyard dollar

BYD (Çin) – 104,5 milyard dollar

Xiaomi (Çin) – 87,6 milyard dollar

Ferrari (İtaliya) – 72,1 milyard dollar

General Motors (ABŞ) – 71,9 milyard dollar

Hyundai (Cənubi Koreya) – 52,9 milyard dollar

Ford (ABŞ) – 49,2 milyard dollar

Maruti Suzuki (Hindistan) – 46,5 milyard dollar

Porsche (Almaniya) – 46,2 milyard dollar

Siyahıda dördüncü yerdə qərarlaşan “Xiaomi”nin gəlirlərinin böyük hissəsi avtomobil istehsalından deyil, digər texnoloji məhsulların satışından formalaşır. Şirkət 2021-ci ildə elektrikli avtomobil istehsalına başlayacağını elan edib, 2024-cü ildə isə ilk modeli olan SU7-ni bazara çıxarıb.

Siyahıda Türkiyəni iki avtomobil istehsalçısı təmsil edir. “Ford Otosan” 4,7 milyard dollarlıq bazar dəyəri ilə 40-cı, “Tofaş” isə 2,5 milyard dollarla 47-ci yerdə qərarlaşıb.

Ölkələr üzrə bölgüyə gəlincə, ilk 50 şirkətin 16-sı Çin, 8-i Yaponiya, 6-sı ABŞ, 5-i Hindistan, 4-ü Almaniya şirkətləridir. Cənubi Koreya, Türkiyə və Tayvan hər biri iki şirkətlə təmsil olunur. İsveç, Fransa, İtaliya, Niderland və Vyetnamın isə siyahıda bir şirkəti var.

Beləliklə, elektrikli avtomobil bazarındakı rəqabətdə Çin istehsalçılarının mövqeyi getdikcə güclənir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!