Gələn ildən bu avtomobillər ƏDV-dən azad ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Gələn ildən bu avtomobillər ƏDV-dən azad ediləcək

Avto

29 Noyabr 2026 11:43 370


Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışına 2027-ci il yanvarın 1-dən etibarən yeddi il müddətinə əlavə dəyər vergisi (ƏDV) tətbiq edilməyəcək.

“Yeni Sabah”  “Trend”ə istinadən xəbər verir ki, güzəştin qüvvədə olması üçün avtomobillərin istehsalı müəyyən texnoloji mərhələləri əhatə etməlidir.

Belə ki, nəzərdə tutulan güzəşt tam istehsal formasında sənaye yığımının həyata keçirildiyi, eyni zamanda boya və qaynaq mərhələləri üzrə texnoloji əməliyyatların yerinə yetirildiyi avtomobillərə şamil olunur. İnternet mağaza

Beləliklə, bu şərtlərə uyğun olaraq Azərbaycan ərazisində istehsal edilən minik avtomobillərinin satışı 2027-ci il yanvarın 1-dən yeddi il ərzində ƏDV-dən azad ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!