Avropada enerji panikası: Hansı ölkə hansı tədbiri görür?

saytların hazırlanması

Evə çatdırılma

Avropada enerji panikası: Hansı ölkə hansı tədbiri görür?

Dünya

07 Sentyabr 2022 13:16 760


Rusiyanın təbii qaz klapanlarını bağladığı Avropa ölkələri bir-bir qənaət tədbirlərini açıqlayır. Bəs, hansı ölkə hansı addımları atır? 

Yenisabah.az xəbər verir ki, Rusiyanın “Şimal axını” qazını qeyri-müəyyən şəkildə məhdudlaşdırması ilə panikaya düşən Avropada hər gün yeni tədbirlər gündəmə gəlir. Budur tədbirlər...

FRANSA pizza mizza

Fransada hökumət enerjiyə qənaət etmək üçün qatar xidmətlərini azaltmağı hədəfləyir.

Hökumət rəsmiləri ölkənin rəsmi dəmir yolu şirkəti SNCF-ə elektrik enerjisinin verilişində ciddi fasilə yaranacağı təqdirdə qatarların sayını azaltmaq imkanlarını hərtərəfli nəzərdən keçirməyi tapşırıblar.

ALMANİYA

Almaniyada Rusiyadan idxal olunan qazdan asılılığı azaltmaq və enerjiyə qənaət etmək məqsədilə saat 22:00-dan etibarən ictimai binaların, heykəllərin, abidələrin və lövhələrin işıqları söndürülür.

Bundan əlavə, xəstəxanalardan başqa ictimai binalar 19 dərəcədən yuxarı qızdırılmayacaq.

Ağır fiziki iş görülən ərazilər 19 dərəcədən daha soyuq ola bilər.

İnsanların sıx olduğu yerlər, məsələn, yarmarkalar və böyük zallar ümumiyyətlə qızdırılmaya bilər.

İTALİYA

İtaliyada bəzi restoranlarda elektrik pullarının artması səbəbindən işıqları söndürməyə və şam yandırmağa başlayıblar.

Müştərilərin şam işığında restoranda vaxt keçirdikləri anlar sosial şəbəkədə paylaşılır.

İSVEÇRE

Enerji böhranı müzakirələrinin gündəmdən düşmədiyi İsveçrədə qış mövsümündə enerji probleminin fövqəladə vəziyyət həddinə çatması halında qənaət tədbirlərini həyata keçirməyənlərin həbs cəzası alacağı bildirilir.

Qışda təbii qaz kifayət qədər olmasa, təbii qazla qızdırılan evlərdə otaqların temperaturu 19 dərəcə, isti suyun səviyyəsi isə 60 dərəcə ilə məhdudlaşdırılacaq.

Belə olan halda elektrik sobalarından istifadənin də qadağan olunacağı, evlərdəki sauna və hovuzların soyuq saxlanacağı bildirilib.

BELÇİKA

Artan enerji xərclərinə cavab olaraq, Belçika hökuməti yanacağa, elektrik enerjisinə və təbii qaza görə aşağı vergiləri uzatmaq, ictimai binalarda enerjiyə qənaət etmək, yüksək gəlirli enerji şirkətlərindən vergi almaq və atom elektrik stansiyalarının istismar müddətini uzatmaq qərarına gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!