Avropanın koronavirusa qarşı mübarizə strategiyası açıqlanıb
03 Dek 2020 10:56
241

Avropanın koronavirusa qarşı mübarizə strategiyası açıqlanıb

Avropa Komissiyası bu qış Avropa İttifaqı ölkələrinin koronavirusa qarşı mübarizə strategiyasını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, insanların qapalı məkanlarda daha çox toplaşdığı qış fəsli ərzində təhlükəsizlik və səmərəli peyvənd tətbiq olunanadək ayıq-sayıq və ehtiyatlı davranmaq tövsiyə olunur. Sonrakı dövrdə isə məhdudiyyətlərin tədricən, əlaqəli şəkildə ləğvinə dair müvafiq göstərişlərin veriləcəyi bildirilir.

Hazırkı mərhələdə isə ara məsafə saxlamaq, sosial təmasları azaltmaq, test keçirmək, səyahətlərin təhlükəsizliyi üçün tədbirlər görmək, pandemiyadan bezmiş əhalinin psixi sağlamlığını qorumaq kimi nəzarət tədbirləri tövsiyə olunur.

Xatırladaq ki, koronavirus pandemiyası dövründə dünyada 64 milyondan çox insan yoluxub, bunların 1,5 milyona yaxını dünyasını dəyişib, 44 milyondan çoxu da sağalıb. (Report)

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər